Çin klubu hər bir futbolçusuna 3,25 milyon avro mükafat verib

Çin klubu hər bir futbolçusuna 3,25 milyon avro mükafat verib Buna səbəb “Meyçjou Texan”ın Çin çempionatının II divizionuna vəsiqə qazanmasıdır
Futbol
31 Oktyabr , 2017 12:44
Çin klubu hər bir futbolçusuna 3,25 milyon avro mükafat verib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Çin çempionatının II Divizionuna vəsiqə qazanan “Meyçjou Texan” klubunun rəhbərliyi futbolçulara böyük məbləğdə mükafat verib.

“Report” “The Sun”a istinadən xəbər verir ki, “Meyçjou Texan” yuxarı liqaya vəsiqə verən pley-off mərhələsinin cavab matçında “Şenxjen Ledman”ı bir cavabsız qolla üstələyib və iki oyunun ümumi nəticəsində 3:1 hesabı ilə qalib gəlib.

Bu uğurun qarşılığında futbolçuların hər biri 3,25 milyon avro mükafat alıb.

Qeyd edək ki, son illər Çin klubları tanınmış futbolçulara böyük vəsait xərcləmələri ilə diqqət çəkirlər. “Şanxay Şenxua”nın argentinalı hücumçusu Karlos Teves hazırda dünyanın ən ödənişli oyunçusu ünvanına sahibdir. Onun illik məvacibi 37,5 milyon avro təşkil edir. Həmçinin Halk, Oskar, Esekel Lavessi, Ramires, Cekson Martines, Jervinyo, Aksel Vitsel kimi məhşur futbolçular da Çin çempionatında çıxış edirlər.

Son xəbərlər

Orphus sistemi