Yuxarı

Çili yığması ölkədəki vəziyyətlə əlaqədar Peru ilə yoldaşlıq matçı keçirməkdən imtina edib

Çili yığması Peru ilə yoldaşlıq matçı keçirməkdən imtina edib

Futbol üzrə Çili millisi Peru ilə yoldaşlıq oyunu keçirməkdən imtina edib.

"Report" Çili Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, rədd cavabı yığmanın noyabrın 13-dəki iclasında verilib.

Bildirilib ki, milliyə çağırılan oyunçular noyabrın 19-da Lima şəhərində keçiriləcək Peru ilə yoldaşlıq oyununda iştirak etməmək qərarına gəliblər. Qarşı tərəf bu barədə məlumatlandırılıb.

Kapitan Qari Medel şəxsi "Instagram" səhifəsində qərarın Çilidəki vəziyyətə görə verildiyini bildirib. Ölkədə hakimiyyətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə görə etiraz aksiyaları davam edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi