​Çili futbol üzrə Amerika Kubokunun qalibi olub - VİDEO

​Çili futbol üzrə Amerika Kubokunun qalibi olub - VİDEO Təşkilatçı ölkə millisi finalda Argentinanı yenib
Futbol
5 İyul , 2015 05:13
​Çili futbol üzrə Amerika Kubokunun qalibi olub - VİDEO

Bakı. 5 iyul. REPORT.AZ/ Futbol üzrə Amerika Kubokunun qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda təşkilatçı Çili yığması ilə Argentina üz-üzə gəlib.

Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasını isə daha dəqiq yerinə yetirən Çili millisi qazandığı 4:1 hesablı qələbə sayəsində tarixində ilk dəfə Amerika Kubokuna sahib çıxıb.

Argentina yığması isə Qonsalo İquain və Ever Baneqanın penaltiləri dəqiq yerinə yetirə bilməməsi səbəbindən növbəti dəfə final matçından məğlub ayrılıb. Daha öncə Lionel Messi və komanda yoldaşları DÇ-2014-ün finalında Almaniyaya əlavə vaxt qolu ilə uduzmuşdular - 0:1.

Qeyd edək ki, Çili millisi bu qələbə sayəsində həm də 2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə qazanıb. Bürünc medala isə 3-cü yer uğrunda görüşdə Paraqvayı 2:0 hesabı ilə yenən Peru yığması sahib olub.

Son xəbərlər

Orphus sistemi