Yuxarı

​Çili Amerika Kubokunun qalibi olub - VİDEO

Komanda finalda Argentina millisini məğlub edib

Bakı. 27 iyun. REPORT.AZ/ Çili ABŞ-da keçirilən Amerika Kubokunun finalında Argentinanı məğlub edərək qalib olub.

"Report" xəbər verir ki, matçın əsas hissəsi 0-0-lıq bərabərliklə yekunlaşıb.

Qalibi penalti seriyaları ilə müəyyən etmək lazım gəlib və bu mərhələdə Çili futbolçuları 4:2 hesabı ilə üstün olublar.

Matç çoxsaylı qayda pozuntuları ilə yadda qalıb. Oyunun birinci hissəsində hər iki komanda azlıqda qalıb. Çilidə Marselo Dias, Argentina da isə Markos Roho qırmızı vərəqə alıb. Həmçinin hər iki komandanın futbolçuları hərəyə 3 sarı kart görüblər.

Argentina Amerika Kubokunda 1993-cü ildən davam etməkdə olan qələbəsiz oyunlar seriyasını qıra bilməyib.

Turnirin bürünc mükafatçısı ABŞ-ı məğlub edən Kolumbiya olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi