"Çelsi" və "Arsenal" azarkeşləri Bakı və final barədə sosial mediada nə yazırlar?

"Çelsi" və "Arsenal" azarkeşləri Bakı və final barədə sosial mediada nə yazırlar? Sosial media UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələn azarkeşlər və oyunu ölkədən kənarda izləyənlərin şərhləri ilə aşıb-daşır.
Futbol
30 May , 2019 11:18
Çelsi və Arsenal azarkeşləri Bakı və final barədə sosial mediada nə yazırlar?

Sosial media UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gələn azarkeşlər və oyunu ölkədən kənarda izləyənlərin şərhləri ilə aşıb-daşır.

"Report" BBC-yə istinadən həmin şərhlərin ən maraqlılarını təqdim edir:

@omaakatugba adlı "Twitter" istifadəçisini "Çelsi" (Chelsea) klubunun yerli azarkeşlərinin çıxışı valeh edib.

"Çelsi azarkeşlərinin əla çıxışı. Onlar İngiltərədən gələnlər deyil, yerlidirlər. Heyrətamiz. #Baku".

@NickDixonITV adlı istifadəçi isə pul məsələsinə toxunub: "£1000 uçuş üçün və £40 matça bilet üçün... #Baku -ya #UELfinal -na bu səhər uçmağa hazırlaşan #Arsenal azarkeşləri deyirlər ki, onlar bu məbləğin ikiqat çoxunu da məmnuniyyətlə ödəyərdilər!"

@Paul_CFC_ adlı istifadəçi Londonun Luton aeroportunda Bakıya yola düşməyə hazırlaşan azarkeşlər kütləsinin fotosunu yerləşdirib: "Luton aeroportu bu səhər#Baku"

@tersiered adlı xanım istifadəçi bacısının təkbaşına Londondan Bakıya gəlib çatdığından yazıb.

"#bbcfootball bacım Mary sevimli @ChelseaFC #bestbluesfanever klubunu alqışlamaq üçün Londondan Bakıya özü, təkbaşına gəlib".

@arutherfordNI adlı istifadəçini Bakı metrosu valeh edib.

"#Baku-da gözəl metro stansiyası. Əla şəhərdir".

@SiPhillipsSport adlı "Çelsi" klubunun azarkeşini onun sevimli klubunun bayraqlarının Bakıda asılması sevindirib.

"Həm quruda, həm də dəniz üzərində! #Baku hörmətə layiq

Son xəbərlər

Orphus sistemi