Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək

Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək Patrik Şikin yaşıl meydanlardan 2 həftəyədək kənarda qalacağı dəqiqləşib
Futbol
22 Sentyabr , 2017 09:44
Çexiya millisinin futbolçusu zədə üzündən Azərbaycan yığmasına və Qarabağa qarşı oynaya bilməyəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Çexiya millisinin və İtaliyanın “Roma” komandasının futbolçusu Patrik Şikin təkrar müayinəsinin nəticəsi açıqlanıb.

“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, A seriyasının IV turunda “Verona”ya qarşı debüt matçında zədələnən 21 yaşlı hücumçunun 2 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib. Onun sol bud əzələsində şiş aşkarlanıb.

Bu isə o deməkdir ki, hazırda müalicəsini davam etdirən futbolçu sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Qarabağ”la səfər oyununu buraxacaq. O, həmçinin Çexiya yığmasının oktyabrın 5-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçında da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Patrik Şik yay fasiləsində “Sampdoriya”dan “Roma”ya transfer olub.

Son xəbərlər

Orphus sistemi