Çexiya klubu ev oyunlarını keçirdiyi stadionda pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb

Çexiya klubu ev oyunlarını keçirdiyi stadionda pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb Plzen təmsilçisi pivə istehsalı ilə məşğul olan “Gambrinus” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində belə bir addım atıb
Futbol
27 İyul , 2017 17:39
Çexiya klubu ev oyunlarını keçirdiyi stadionda pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb

Bakı. 27 iyul. REPORT.AZ/ Çexiyanın “Viktoriya” futbol klubu ev oyunlarını keçirdiyi “Dusan Arena”da pivə qutuları formasında ehtiyat oyunçular skamiyası quraşdırıb. 

“Report”un məlumatına görə, Plzen təmsilçisi pivə istehsalı ilə məşğul olan “Gambrinus” şirkəti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində belə bir addım atıb.

Dəridən olan oturacaqlar isitmə funksiyası ilə də təhciz olunub.

Qeyd edək ki, “Viktoriya” ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi