Cengiz Ünder "Roma"nın heyətində mövsümün ən yaxşı gənc oyunçusu seçilib

Cengiz Ünder "Roma"nın heyətində mövsümün ən yaxşı gənc oyunçusu seçilib Bakı. 31 may. REPORT.AZ/ İtaliyanın Roma komandasının futbolçusu Cengiz Ünder klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
Futbol
31 May , 2018 20:13
Cengiz Ünder Romanın heyətində mövsümün ən yaxşı gənc oyunçusu seçilib

Bakı. 31 may. REPORT.AZ/ İtaliyanın "Roma" komandasının futbolçusu Cengiz Ünder klubunda 2017-2018 mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu paytaxt təmsilçisinin azarkeşləri tərəfindən aparılan səsverməni birinci pillədə başa vurub. İtaliyalı Lorenzo Pelleqreni 2-ci, çexiyalı Patrik Şik isə 3-cü olub.

Qeyd edək ki, Cengiz Ünder başa çatan mövsümdə "Roma"nın heyətində 32 oyunda iştirak edib. Gənc futbolçu bu qarşılaşmalarda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi