Yuxarı

Çempionlar Liqasının qrup mərhələsinin son iştirakçıları sabah müəyyənləşəcək

Bununla da pley-off mərhələsinə yekun vurulacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Sabah  futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək. 

"Report"un məlumatına görə, son 5 iştirakçı "pley-off" mərhələsinin daha 5 cavab görüşündən sonra məlum olacaq.

Xosep Qvardiolanın baş məşqçisi olduğu İngiltərənin "Mançester Siti" klubu isə demək olar ki, qrup mərhələsini təmin edib. İlk görüşdə "Styaua"nı 5:0 hesabı ilə darmadağın edən "şəhərlilər"in cavab matçında qrup mərhələsini əldən verəcəyi inandırıcı görünmür.

Rusiyanın "Rostov" klubu isə Hollandiya "Ayaks"ını sınağa çəkəcək. İlk görüşdə 1:1 hesabı qeydə alındığından, Rusiya təmsilçisinə qolsuz heç-heçə də mərhələ adlamaq üçün kifayət edir. "Ayaks" isə qrup mərhələsində çıxış etmək üçün ən azı matçı 2:2 hesablı bərabərliklə başa vurmalıdır.

Çempionlar Liqası, "Pley-off" mərhələsi, cavab oyunları

24 avqust

22:45. APOEL (Kipr) - "Kopenhagen" (Danimarka)

İlk oyun - 0:1

22:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Yanq Boyz" (İsveçrə)

İlk oyun - 1:3

22:45. "Rostov" (Rusiya) - "Ayaks" (Hollandiya)

İlk oyun - 1:1

22:45. "Mançester Siti" (İngiltərə) - "Styaua" (Rumıniya

İlk oyun - 5:0

22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Zalsburq" (Avstriya)

İlk oyun - 1:1

Qeyd edək ki, "Real Madrid", "Barselona", "Atletiko Madrid", "Sevilya" (hamısı İspaniya), "Lester Siti", "Arsenal", "Tottenhem" (hər üçün İngiltərə), "Bavariya", "Borussiya" (Dortmund), "Bayer" (hər üçü Almaniya), "Yuventus", "Napoli" (hər ikisi İtaliya), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya), PSJ, "Lion" (hər ikisi Fransa), ÇSKA (Rusiya), "Dinamo" (Kiyev, Ukrayna), PSV (Hollandiya), "Beşiktaş" (Türkiyə), "Bazel" (İsveçrə) və "Brügge" (Belçika) birbaşa qrup mərhələsində çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi