Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Portuqaliya "Portu"sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar kollektivi Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.
Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz”un müqavimətini qırmağa çalışacaq. Xorvatiya "Dinamo"su isə Norveçin “Rusenborq” komandasını qəbul edəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23:00. “Yanq Boyz” (İsveçrə) - “Srvena Zvezda” (Serbiya)
23:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - “Rusenborq” (Norveç)
23:00. “Olimpiakos” (Yunanıstan) - “Krasnodar” (Rusiya)