Yuxarı

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bakı. 8 avqust. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin digər matçları keçiriləcək.

"Report" xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutacaq. Rusiyanın "Spartak" klubu səfərdə Yunanıstan PAOK-u ilə üz-üzə gələcək. 

Avstriyanın "Zalsburq" komandası doğma meydanda Makedoniyanın "Şkendiya" komandası ilə münasibətlərə aydınlıq gətirəcək. Şotlandiya çempionu "Seltik" isə evdə Yunanıstanın AEK klubu ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar 

21:00. "PAOK" (Yunanıstan) - "Spartak" (Moskva, Rusiya)

21:00 .“Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya)

22:45. “Seltik” (Şotlandiya) – AEK (Yunanıstan)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi