Yuxarı

​Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib - SİYAHI

İlk oyunlar iyulun 26-sı və 27-də keçiriləcək

Bakı. 21 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 2016-2017-ci illər mövsümü üzrə III təsnifat mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

"Report" xəbər verir ki, III təsnifat mərhələsinin bütün cütləri aşağıdakı şəkildə görünür:

"Qarabağ" (AZƏRBAYCAN) – "Viktoriya" (Plzen, Çexiya),

"Rostov" (Rusiya) – "Anderlext" (Belçika),

"Şaxtyor" (Donetsk) – "Yanq Boyz" (İsveçrə),

"Astra" (Rumıniya) – "Kopenhagen" (Danimarka),

"Rusenborq" (Norveç) - APOEL (Kipr),

"Astana" (Qazaxıstan) – "Seltik" (Şotlandiya),

"Ludoqorets" (Bolqarıstan) – "Srvena Zvezda" (Serbiya),

"Partizani" (Albaniya) – "Zalsburq" (Avstriya),

BATE (Belarus) – "Dandolk" (İrlandiya),

"Trençin" (Slovakiya) – "Legiya" (Polşa),

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Dinamo" (Tbilisi, Gürcüstan),

"Olimpiakos" (Pirey, Yunanıstan) – "Hapoel" (Beer-Şeva, İsrail),

"Fənərbaxça" (Türkiyə) – "Monako" (Fransa),

"Ayaks" (Amsterdam, Hollandiya) - PAOK (Yunanıstan),

"Sparta" (Praqa, Çexiya) – "Styaua" (Rumıniya).

Komandlar arasında ilk oyunlar iyulun 26-sı və 27-də keçiriləcək, cavab qarşılaşmaları 2 və 3 avqust tarixlərində nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi