Yuxarı

Çempionlar Liqasında V turun ən yaxşı qolu müəyyənləşib - VİDEO

Çempionlar Liqasında V turun ən yaxşı qolu müəyyənləşib - VİDEO
Antuan Qrizmannın qolu səslərin 33 faizi toplayaraq birinci olub

Bakı. 27 noyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində V turun ən yaxşı qolu müəyyənləşib.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Atletiko” komandasının hücumçusu Antuan Qrizmannın İtaliya təmsilçisi “Roma”ya vurduğu qol səslərin 33 faizini toplayaraq birinci olub.

İkinci yerə 21 faiz səslə İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriçin Kipr APOEL-in qapısına vurduğu qol layiq görülüb.

İtaliya “Napoli”sinin forvardı Lorenso İnsinyenin Ukraynanın “Şaxtyor” komandasının qapısından keçirdiyi qol isə səslərin 17 faizini toplayıb.

Qeyd edək ki, "Atletiko" və "Roma" İngiltərə çempionu "Çelsi" ilə birgə "Qarabağ"la eyni qrupda yer alıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi