Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı futbolçuların adları açıqlanıb

Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı futbolçuların adları açıqlanıb Canluici Buffon, Serxio Ramos, Luka Modriç, Kriştianu Ronaldu ən yaxşı elan ediliblər
Futbol
24 Avqust , 2017 20:47
Çempionlar Liqasında mövqelər üzrə ən yaxşı futbolçuların adları açıqlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə 2016/2017 mövsümündə Çempionlar Liqasında (ÇL) çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə qaliblərin adlarını açıqlanıb.

“Report”un məlumatına görə, müvafiq olaraq, Canluici Buffon (“Yuventus”), Serxio Ramos, Luka Modriç, Kriştianu Ronaldu (hamısı “Real Madrid”) ən yaxşı elan ediliblər.

Qeyd edək ki, qaliblərin adları Monakoda keçirilən ÇL-in qrup mərhələsinin püşkatma mərasimi zamanı açıqlanıb. Ən yaxşı seçilənlərə UEFA-ın xüsusi mükafatları təqdim olunub.

Son xəbərlər

Orphus sistemi