Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşləri keçirilib

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşləri keçirilib UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib.
Futbol
24 İyul , 2019 00:39
Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşləri keçirilib

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib.

"Report"un məlumatına görə, birinci oyun günündə 5 görüş keçirilib.

Monteneqroda "Sutyeska" və Kipr APOEL-i arasında keçirilmiş matç Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edib. Çünki "Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi təqdirdə, məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Matç qonaq komadanın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

23 iyul

21:00. "Viktoriya” (Plzen, Çexiya) – “Olimpiakos” (Yunanıstan) - 0:0

21:30. ”Saburtalo” (Gürcüstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2

Qollar: Mislav Orşiç, 67. Petkoviç, 78 (pen.)

22:00. PSV (Holllandiya) – “Bazel” (İsveçrə) - 3:2

Qollar: Bruma, 14. Sam Lammers, 89. Donyell Malen, 90+3 - Albian Ayeti, 45+1. Alderete Fernandes, 79

22:00. TNS (Uels) – “Kopenhagen” (Danimarka) - 0:2

Qollar: Pyeros Sotiryu, 18. Robert Skov, 61 (pen.)

23:15. “Sutyeska” (Monteneqro) – APOEL (Kipr) - 0:1

Qol: Tomas De Vinsenti, 42 (pen.)

Qeyd edək ki, cavab görüşləri 30-31 iyulda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi