Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.
Futbol
25 Oktyabr , 2018 10:16
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, III turun matçlarından sonra ən yaxşı oyunçu adına bosniya və herseqovinalı Edin Ceko (“Roma”, İtaliya), misirli Məhəmməd Salah (“Liverpul”, İngiltərə), ispaniyalı David Silva (“Mançester Siti”, İngiltərə) və mərakeşli Aşraf Hakimi (“Borussiya” Dortmund, Almaniya) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar argentinalı Anhel Di Mariya (PSJ, Fransa), braziliyalı Marselo (“Real Madrid”, İspaniya), portuqaliyalı Bernardu Silva (“Mançester Siti”, İngiltərə) və italiyalı Lorentso İnsinyenin qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.  

Son xəbərlər

Orphus sistemi