Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb Bakı. 6 aprel. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb.
Futbol
6 Aprel , 2018 14:59
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunu açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah ən yaxşı futbolçu seçilib.

Misirli oyunçu səslərin 53 faizini toplayıb. İkinci yerə isə İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu layiq görülüb. Portuqaliyalı hücumçu 35 faiz səs yığıb. Almaniya "Bavariya"sının yarımmüdafiəçisi Xames Rodriqes isə 5 faiz səslə 3-cü olub.

Qeyd edək ki, "Liverpul"un Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etdiyi oyunda Məhəmməd Salah 1 qol vurub. 

Son xəbərlər

Orphus sistemi