Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq 1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək
Futbol
15 Mart , 2017 06:46
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

“Report”un məlumatına görə İspaniya və Fransada baş tutan cavab matçlarında 1/4 final mərhələsinə son iki vəsiqənin sahibi müəyyənləşəcək.

1/8 final mərhələsinin ilk oyununda Almaniyada “Bayer”i 4:2 hesabı ilə məğlub edən Madridin “Atletiko” klubunu 1/4 finalçı saymaq olar. Çünki ispanlar böyük ölçüdə tapşırığın öhdəsindən gəliblər.

Digər cütün ilk oyununda iki top fərqli qələbə qeydə alınıb. Lakin “Mançetser Siti” “Monako”nu evdə 5:3 hesabı ilə məğlub edib. Özü də, “şəhərlilər” 2:3 hesabı ilə uduzduqları matçdan qalib ayrılıblar.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

15 mart

23:45 Monako (Fransa) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 3:5

23:45 “Atletiko” (İspaniya) – “Bayer” (Almaniya)

Baş hakim: Sergey Karasev

İlk oyun 4:2

Son xəbərlər

Orphus sistemi