​Çempionlar Liqasının son iki yarımfinalçısı müəyyənləşəcək

​Çempionlar Liqasının son iki yarımfinalçısı müəyyənləşəcək "Real Madrid" derbiyə itkilərlə çıxacaq
Futbol
22 Aprel , 2015 10:32
​Çempionlar Liqasının son iki yarımfinalçısı müəyyənləşəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında son 2 yarımfinalçı müəyyənləşəcək. "Report"un məlumatına görə, 1/4 final mərhələsində ikinci oyun gününün cavab qarşılaşmalarından biri İspaniyada, digəri Fransada keçiriləcək.

İspaniyalı futbolsevərlər Madrid derbisinin şahidi olacaqlar. "Real Madrid" öz meydanında "Atletiko" ilə münasibətlərinə aydınlıq gətirəcək. İlk qarşılaşma qolsuz başa çatdığından, tərəflər mütləq rəqib qapısına yol tapmağa çalışacaqlar. Baş məşqçi Karlo Ançelotti vacib görüşdə bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcək. İtaliyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Luka Modriç, Qaret Beyl, Kərim Benzema və Marselonun heyətdə yer almayacaqlarını açıqlayıb. Üstəlik K.Ançelotti oyun haqda fikir bildirərkən "Atletiko"nun müdafiəsini yarmaqda çətinlik çəkdiklərini də etiraf edib. Digər Madrid təmsilçisinin isə meydana tam heyətlə çıxacağı gözlənilir.

Daha bir görüşdə "Monako" doğma azarkeşlər önündə İtaliya "Yuventus"unu sınağa çəkəcək. Turindəki ilk görüşdə "Yuventus" 1:0 hesabı ilə qələbə qazandığından, bu matça rəqibi ilə müqayisədə daha rahat çıxacaq. Son anda hər hansı dəyişiklik olmasa, komandalar tam heyətlə mübarizə aparacaqlar.

Çempionlar Liqası, 1/4 final oyunları

23:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya)

Baş hakim: Feriks Brıx (Almaniya)

İlk oyun: 0:0


23:45. "Monako" (Fransa) - "Yuventus" (İtaliya)

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

İlk oyun: 0:1

Qeyd edək ki, ilk oyun günündə İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" komandaları yarımfinala vəsiqəni təmin edib. Növbəti mərhələnin püşkü aprelin 24-də atılacaq.

Son xəbərlər

Orphus sistemi