UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanan daha 10 komandanın adı müəyyənləşib.
"Report" xəbər verir ki, bu, I təsnifat mərhələsinin cavab görüşlərindən sonra məlum olub.
Qarşılaşmaların ardından növbəti mərhələnin 10 cütünün tərkibi belə müəyyənləşib:
Çempionlar Yolu
ÇFR (Kluj, Rumıniya)* - "Makkabi" (Təl-Əviv, İsrail)
BATE (Borisov, Belarus)* - "Rusenborq" (Norveç)*
TNS (Uels)* - "Kopenhagen" (Danimarka)
"Ferentsvaroş" (Macarıstan)* - "Valletta" (Malta)*
"Dandolk" (İrlandiya)* - "Qarabağ" (Azərbaycan)*
"Saburtalo" (Gürcüstan)* - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Seltik" (Şotlandiya)* - "Nımme Kalyu" (Estoniya)*
"Srvena Zvezda" (Serbiya)* - HİK (Helsinki, Finlandiya)*
"Sutyeska" (Monteneqro)* - APOEL (Kipr)
"Maribor"* (Sloveniya) - AIK (İsveç)*
Liqa Yolu
"Viktoriya" Plzen" (Çexiya) - "Olimpiakos" (Yunanıstan)
PSV (Eyndhoven, Hollandiya) - "Bazel" (İsveçrə)
Qeyd edək ki, ikinci oyun günündə “Dandolk”, “Qarabağ”, “Rusenborq”, AIK, “Ferensvaroş”, BATE, ÇFR, “Seltik”, “Maribor” və "Sutyeska" klubları II təsnifat mərhələsinə yüksəliblər. Məğlub olan 10 komanda isə Avropa Liqasına yollanıb.