Yuxarı

Çempionlar Liqasında İspaniyanı yenə 5 klub təmsil edəcək

Sevilya birbaşa qrup mərhələsinə vəsiqə qazanıb

Bakı. 19 may. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının 2016-2017 mövsümündə də İspaniya 5 klubla təmsil olunacaq. "Report"un məlumatına görə, bu, "Sevilya"nın yenidən Avropa Liqasını qazanması sayəsində mümkün olub. 

Əndəlüslər bu dəfə İngiltərə "Liverpul"unu məğlub ediblər - 3:1. "Sevilya" gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsindən mübarizəyə başlayacaq. "Barselona", "Real Madrid" və "Atletiko" da Primerada ilk 3 yeri tutduqları üçün bu hüquqa yiyələniblər. Yalnız 4-cü yerin sahibi "Vilyarreal" "pley-off" mərhələsindən mübarizəyə qoşulacaq. 

Qeyd edək ki, Avropa Liqasının qalibi 2014-2015 mövsümündən Çempionlar Liqasının ən azı "pley-off" mərhələsinə vəsiqə qazanır. Çempionlar Liqasının gələcək qalibi - "Real Madrid" və ya "Atletiko" öz çempionatlarından birbaşa vəsiqəyə yiyələndiklərindən, "Sevilya" da qrup mərhələsinə yüksəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi