Yuxarı

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər açıqlanıb
Qalib UEFA-nın saytında səsvermə yolu ilə müəyyənləşəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. 

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "8-lik" IV turun yekunları əsasında hazırlanıb.

Siyahıya Delle Alli ("Tottenhem, İngiltərə), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Marlos ("Şaxtyor", Ukrayna), Serxio Aqüero ("Mançester Siti", İngiltərə), Stefan Əl-Şəravi ("Roma", İtaliya), Leyvin Kurzava (PSJ, Fransa), Kinqsli Koman ("Bavariya", Almaniya), Alan Zaqoyev (MOİK, Rusiya) düşüb.

Qeyd edək ki, qalib UEFA-nın saytında səsvermə yolu ilə müəyyənləşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi