Çempionlar Liqası: "Bavariya" öz meydanında "Real"a məğlub olub - VİDEO

Çempionlar Liqası: "Bavariya" öz meydanında "Real"a məğlub olub - VİDEO "Alyans Arena"da təşkil olunmuş oyunda qonaqlar 2:1 hesabı ilə qalib gəliblər
Futbol
26 Aprel , 2018 00:39
Çempionlar Liqası: Bavariya öz meydanında Reala məğlub olub - VİDEO

Bakı. 26 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk görüşü keçirilib.

"Report"un məlumatına görə, Almaniyada "Bavariya" klubu İspaniya "Real Madrid"ini qəbul edib.

Münhendəki "Alyans Arena"da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Hərçənd, hesabı 28-ci dəqiqədə "Bavariya"nın futbolçusu Coşua Kimmix açıb. Lakin 8-ci dəqiqədə Aryen Robben, 34-cü dəqiqədə isə Jerom Boatenqin zədələnərək, əvəzlənmələri almaniyalıların oyununa təsirsiz ötüşməyib. Nəticədə "Real Madrid" 44-cü dəqiqədə Marselo, 57-ci dəqiqədə isə Marko Asensionun qolları ilə əzmkar qələbəyə nail olub.

Cavab matçı mayın 1-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə İtaliya "Roma"sını darmadağın edib - 5:2. Bu komandalar arasındakı cavab oyunu isə mayın 2-də "Olimpiko" stadionunda olacaq.

Çempionlar Liqası, yarımfinal, ilk oyun

25 aprel

22:45. "Bavariya” (Almaniya) – "Real Madrid” (İspaniya) - 1:2

Qollar: Coşua Kimmix, 28 - Marselo, 44. Marko Asensio, 57

Baş hakim: Byörn Keypers (Hollandiya)

Digər ilk yarımfinal görüşündə "Liverpul" İngiltərədə İtaliya "Roma"sını darmadağın edib - 5:2.

Son xəbərlər

Orphus sistemi