"Çelsi" və "Vest Hem" İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib - VİDEO

"Çelsi" və "Vest Hem" İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib - VİDEO London klubları "Everton" və "Tottenhem"i turnirdən kənarlaşdırıb
Futbol
26 Oktyabr , 2017 04:24
Çelsi və Vest Hem İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib - VİDEO

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunda növbəti mərhələnin oyunları keçirilib.

“Report” xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən "Çelsi" - "Everton" görüşündə ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.

"Çelsi" bu qələbə sayəsində turnirin 1/4 finalına vəsiqə qazanıb.

Paralel keçən qarşılaşmada "Tottenhem Hotspur" "Vest Hem Yunayted"ə məğlub olub. "Uembli" stadionunda keçirilən görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Vest Hem Yunayted" qələbə sayəsində turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb, "Tottenhem" isə yarışı tərk edib.

Yaxın vaxtlarda keçiriləcək püşkatma nəticəsində "Çelsi" və "Vest Hem Yunayted"in rəqibləri məlum olacaq.

İngiltərə – Liqa Kuboku. 4-cü mərhələ

"Çelsi" (London) – "Everton" (Liverpul) - 2:1

Qollar: 1:0 – Rüdiqer – 26, 2:0 – Villian – 90+2, 2:1 – Kalvert-Lyüin – 90+4


"Tottenhem Hotspur" – "Vest Hem Yunayted" (Hər ikisi London) - 2:3

Qollar: 1:0 – Sissoko – 6, 2:0 – Alli – 37, 2:1 – Ayyu – 55, 2:2 – Ayyu – 60, 2:3 – Oqbonna – 70.

Son xəbərlər

Orphus sistemi