Yuxarı

"Çelsi" və "Lester" İngiltərə Kubokunun 1/4 finalına çıxıb - VİDEO

"Çelsi" və "Lester" İngiltərə Kubokunun 1/4 finalına çıxıb - VİDEO
Jiru London komandasında ilk qolunu vurub

Bakı. 17 fevral. REPORT.AZ/ Londonun "Çelsi" klubu futbol üzrə İngiltərə Kubokunun 1/8 final matçında "Hall Siti"ni məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

“Report” xəbər verir ki, cümə günü Londonda keçirilmiş görüş 4:0 hesabı ilə "göylər"in xeyrinə başa çatıb.

"Aristokratlar"ın heyətində Villian (2 və 32-ci dəqiqələrdə), Pedro (27) və Olivye Jiru (42) fərqlənib. Sonuncu komandada ilk qolunu vurub.

Həmçinin "Şeffild Yunayted" üzərində 1:0 hesablı qələbə qazanan "Lester" də ¼ finala çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi