“Çelsi” “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan sektorun biletlərini də satışa çıxarıb

“Çelsi” “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan sektorun biletlərini də satışa çıxarıb Qalan biletlərin hamısı satılıb
Futbol
6 Sentyabr , 2017 17:54
“Çelsi” “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan sektorun biletlərini də satışa çıxarıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində İngiltərənin “Çelsi” və Azərbaycanın “Qarabağ” komandaları arasında Londonda keçiriləcək oyun üçün nəzərdə tutulan biletlər satılıb.

“Report” London klubunun rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibləri Ağdam təmsilçisinin azarkeşlərinə ayrılan sektora da biletləri satışa çıxarıb. Həmin biletlər 4 kateqoriyaya ayrılıb. Lakin qiyməti 495 funt sterlinq olan (ƏDV xaric) “Platinum” paketlər artıq tükənib. Əvəzində 395 funt sterlinqə “Gold”, 295 funt sterlinqə “Silver” və 195 funt sterlinqə “Zola” kateqoriyalı biletlər əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 12-də 41,631 tutuma malik “Stemford Bric” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi