Yuxarı
    Bağlamaq

    “Çelsi”nin sabiq kapitanı Con Terri I divizionda çıxış edəcək

    36 yaşlı mərkəz müdafiəçisi “Aston Villa” ilə razılıq əldə edib

    Bakı. 1 iyul. REPORT.AZ/ İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək.

    “Report” ESPN televiziyasına istinadən xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi İngiltərə Çempionşipində (I divizion) mübarizə aparan Birmingem təmsilçisi ilə razılıq əldə edib.

    Müqavilənin müddəti bir mövsümlük olacaq və təcrübəli futbolçunun qazancı 3 milyon funt-sterlinq təşkil edəcək.

    Qeyd edək ki, “Vest Hem”in yetirməsi olan Con Terri 1995-ci ildə “Çelsi”yə transfer olunub. O, 1998-ci ildən etibarən London klubun əsas komandasında çıxış etməyə başlayıb və yalız 2000-ci ildə icarə əsasında “Nottingem Forest”in formasını geyinib. Mərkəz müdafiəçisi 2016/2017 mövsümünün sonunda müqaviləsinin müddəti başa çatdığı üçün “zadəganlar”dan ayrılıb.

    C.Terri kapitanı olduğu “Çelsi” ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi