Yuxarı

"Çelsi" klubu ən bahalı müdafiəçi transferinə hazırlaşır

Zadəganlar Yuventusa 68 milyon avro ödəməyə hazırdır

Bakı. 6 oktyabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu İtaliya "Yuventus"unun futbolçusu Leonardo Bonuççini heyətinə qatmağa hazırlaşır.

"Report"un "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, London təmsilçisi Turin klubuna keçid üçün 68 milyon avro ödəməyə hazırdır.

Tranfser baş tutacağı təqdirdə, İtaliya yığmasının 29 yaşlı futbolçusu dünyanın ən bahalı müdafiəçisi adına sahib çıxacaq. Hələlik bu adı 38 milyon avroya Fransanın PSJ klubuna "zadəganlar"dan 62 milyon avroya keçən müdafiəçi David Luis özündə saxlayır.

Qeyd edək ki, Leonardo Bonuççi karyerası ərzində ölkəsinin "İnter", "Bari" "Trevizo" klublarında çıxış edib. O, İtaliya yığmasının üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi