"Çelsi" klubu "Napoli"nin futbolçusunu transfer edib

"Çelsi" klubu "Napoli"nin futbolçusunu transfer edib Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərənin Çelsi klubu İtaliya Napolisinin futbolçusu Jorjinyonu transfer edib.
Futbol
14 İyul , 2018 15:35
Çelsi klubu Napolinin futbolçusunu transfer edib

Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu İtaliya "Napoli"sinin futbolçusu Jorjinyonu transfer edib.

"Report"un "zadəganlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. İtaliya yığmasının əslən braziliyalı oyunçusu yeni komandasında 5 nömrəli formanı geyinəcək. Bu transfer "Çelsi"yə 57 milyon avroya başa gəlib. Daha 8 milyon avro isə bonus kimi nəzərdə tutulub.

Qeyd edək ki, Jorjinyo 2013-cü ildən çıxış etdiyi "Napoli"də 39 oyuna 4 qol vurub. O, "Çelsi"də keçmiş baş məşqçisi Mauritsio Sarrinin rəhbərliyi altında çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi