“Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib

“Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib Parad mayın 28-ə Londonda keçirilməli idi
Futbol
24 May , 2017 18:49
“Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib

Bakı. 24 may. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 2016/2017-ci il mövsümündə qalib olan “Çelsi” klubu Mançesterdə baş verən terror aktı ilə əlaqədar çempionluq paradını ləğv edib.

“Report”un məlumatına görə, bu barədə London təmsilçinin yayımladığını press-relizdə bildirilir.

Bəyanatda faciəvi hadisənin fonunda həftəsonu çempionluq paradanının keçirilməsinin yersiz olduğu açıqlanıb.

Qeyd edək ki, mayın 22-də axşam "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər həlak olub, 64 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi