Yuxarı

​"Çelsi" klubu futbolçusu ilə müqavilə müddətini artırıb

30 yaşlı müdafiəçi 2019-cu ilədək zadəganların heyətində çxış edəcək

Bakı. 3 dekabr. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu futbolçusu Qari Kehillə müqavilə müddətini uzadıb. "Report"un London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi 2019-cu ilədək "zadəganlar"ın heyətində çxış edəcək. 

30 yaşlı futbolçu bu günədək "Çelsi"nin heyətində 177 rəsmi matç keçirib və 15 qol vurub. Komandası ilə birgə Premyer Liqa, Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Liqa Kuboku və FA Kubokunu başı üzərinə qaldıran Kehill son iki mövsümdə ölkə çempionatında ilin ən yaxşı 11-liyində yer alıb. O, İngiltərə millisinin heyətində isə 40 oyun keçirib.

Qeyd edək ki, Qari Kehill 2011/12 mövsümündə "Bolton"dan transfer edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi