Bakı. 31 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu futbolçusu N`Qolo Kanteni komandada saxlamaq niyyətindədir.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 27 yaşlı yarımmüdafiəçiyə 5 illik müqavilə təklif etməyi düşünür. O, yeni sözləşməyə əsasən həftədə 325 min avro qazanacaq.
Müqavilə imzalanarsa, Kante "Çelsi" tarixində ən yüksək ödənişli oyunçu olacaq. Hazırda London klubunun ən ödənişli oyunçusu Eden Azardır. Onun həftəlik əmək haqqı 250 min avrodur.
Qeyd edək ki, Kantenin "Çelsi" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. O, Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olub.