"Çelsi"dən ayrılan futbolçu "Zenit"ə keçib

"Çelsi"dən ayrılan futbolçu "Zenit"ə keçib 33 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb
Futbol
1 Fevral , 2017 17:31
Çelsidən ayrılan futbolçu Zenitə keçib

Bakı. 1 fevral. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun futbolçusu Branislav İvanoviç Rusiya "Zenit"inə keçib. 

"Report"un Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı müdafiəçi azad agent statusu ilə 2,5 illik müqaviləyə imza atıb.

Bu müddətdə əməkdaşlıq tərəfləri qane etsə, 33 yaşlı oyunçu ilə anlaşma daha bir il uzadıla bilər.

Qeyd edək ki, Branislav İvanoviç 2006-2007-ci illərdə də Rusiyada çıxış edib. O, Moskva "Lokomotiv"inin formasını geyinib. 2008-ci ilin yanvarında isə İvanoviç "Çelsi"yə keçib.  

Son xəbərlər

Orphus sistemi