"Çelsi" ardıcıl 11-ci qələbəsini qazanaraq öz rekordunu təkrarlayıb - VİDEO

"Çelsi" ardıcıl 11-ci qələbəsini qazanaraq öz rekordunu təkrarlayıb - VİDEO London klubu "Kristal Pelas"ı məğlub edib
Futbol
17 Dekabr , 2016 19:58
Çelsi ardıcıl 11-ci qələbəsini qazanaraq öz rekordunu təkrarlayıb - VİDEO

Bakı. 17 dekabr. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 17-ci turu çərçivəsində keçirdiyi səfər matçında "Kristal Pelas" üzərində 1:0 hesablı qələbə qazanıb.

"Report" xəbər verir ki, oyunda yeganə qolu 43-cü dəqiqədə 13 qolla turnirin bombardirlər siyahısına başçılıq edən Diyeqo Kosta vurub.

Bu, "Çelsi" üçün İngiltərə çempionatında ardıcıl 11-ci qələbə olub. London klubu 2009-cu ildə ölkə çempionatında ardıcıl qazandığı qələbələrin sayına görə öz rekordunu təkrarlayıb. Bu göstərici üzrə rekord isə "Arsenal"a (14) məxsusdur.

Hazırda aktivində 43 xal olan "Çelsi" turnir cədvəlində liderliyini davam etdirir, "Kristal Pelas" 15 xal ilə 16-cı yerdədir.

Növbəti turda "Çelsi" öz meydanında "Bornmut"u qəbul edəcək, "Kristal Pelas" isə səfərdə "Uotford"un qonağı olacaq. Hər iki görüş dekabrın 27-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi