Yuxarı

"CBC Sport"un tam proqramla yayımlanacağı tarix açıqlanıb

Telekanal 3 federasiya ilə müqavilə bağlayıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ "CBC Sport" telekanalı noyabradək tam proqramla yayıma çıxacaq. Bu barədə "Report"a telekanalın baş direktoru İlham Rüstəmov məlumat verib.

İ.Rüstəmov bildirib ki, hazırda bununla bağlı tamamlama işləri görülür. Baş direktor efir şəbəkəsinin genişləndirilməsi istiqamətində də çalışdıqlarını açıqlayıb: "Bu həftədən etibarən Azərbaycan Premyer Liqasının bütün oyunlarını canlı yayımlayacağıq. Artıq ikinci səyyar telestansiyamız da alınıb. Eyni zamanda, 3 milli federasiya ilə əməkdaşlığa dair razılığa gəlmişik".

Telekanalın rəhbəri yeniliklər barədə vaxtaşırı ictimaiyyəti məlumatlandıracaqlarını da əlavə edib.

Qeyd edək ki, "CBC Sport" hazırda test yayımı ilə efirə çıxır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi