​Cavid İmamverdiyev: "Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm"

​Cavid İmamverdiyev: "Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm" "Onlardan utanıram və üzr istəyirəm"
Futbol
22 İyul , 2016 02:34
​Cavid İmamverdiyev: Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm

Skopye. 22 iyul. REPORT.AZ/ “Çox ağır oyun oldu. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Rəqib yaxşı komanda idi. Sona kimi mübarizə apardıq. Lakin alınmadı".

"Report"un Skopyeyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu "Neftçi"nin futbolçusu Cavid İmamverdiyev Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

O, son dəqiqədə yaxşı mövqedə olmasına baxmayaraq, qol vura bilməməsinə görə məyusluğunu bildirib:

"Həmin epizodda qarşımda 3 müdafiəçi var idi. Topu yaxşı görə bilmədim. Həm də düşündüm ki, yan xətt hakimi bayrağı qaldırıb. Azarkeşlərə nə cavab verəcəyimi bilmirəm. Onlardan utanıram və üzr istəyirəm".

İmamverdiyev oynamaq istədiyini və ehtiyatda oturmağa layiq olmadığını bildirib:

"Düşünürəm ki, matça tam hazır idim. Üstəlik, indiyə kimi Avroliqada keçirdiyimiz 4 oyunun heç olmasa birində start heyətdə olmağa layiq idim. Mənim o yaşım deyil ki, ehtiyatda oturum. Oynamaq istəyirəm. Bundan sonra əsas heyətdə olmasam, komandadan getmək barədə niyyətimi rəhbərliyə çatdıracağam”.

Son xəbərlər

Orphus sistemi