Yuxarı

CAS "Qalatasaray"ın şikayətini təmin etməyib

İstanbul komandasının növbəti mövsümdə avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib

Bakı. 23 iyun. REPORT.AZ/ Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Qalatasaray" klubunun şikayətini təmin etməyib. 

"Report"un məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilir. 

"Qalatasaray"ın 2012-2013, 2013-2014 və 2014-2015 mövsümlərində maliyyə "fair play"inin tələblərini pozduğuna görə UEFA Maliyyə Nəzarəti Komitəsinin (CFCB) İstintaq Komissiyası tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərarına martın 11-də CAS-a müraciəti rədd edilib", - deyə açıqlamada qeyd olunub.

Bununla da İstanbul komandasının 2016-2017 mövsümündə avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşib. 

Qeyd edək ki, UEFA "Qalatasaray"ı qitə miqyaslı turnirlərdən bir il müddətinə kənarlaşdırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi