Canluici Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşıb

Canluici Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşıb "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm"
Futbol
14 Noyabr , 2017 02:19
Canluici Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşıb

Bakı. 14 noyabr. REPORT.AZ/ "Yuventus" klubunun qapıçısı Canluici Buffon İtaliya milli komandası ilə vidalaşıb.

"Report"un məlumatına görə, bu barədə 39 yaşlı qolkiper "Skuadra Adzurra"nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib.

Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm".

İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya cavab oyunundan qolsuz bərabərliklə ayrılıb. Bununla da Canluici Buffonun komandası 1958-ci il dünya çempionatından sonra ilk dəfə mundialdan kənarda qalıb.

Son xəbərlər

Orphus sistemi