Yuxarı

"Bursaspor"un prezidenti konqolu hücumçunun "Qarabağ"a keçidini təsdiqləyib

"Bursaspor"un prezidenti konqolu hücumçunun "Qarabağ"a keçidini təsdiqləyib

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyənin "Bursaspor" klubunun prezidenti Ali Ay futbolçuları Con Delarjın "Qarabağ"a keçidini təsdiqləyib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, Bursa təmsilçisini rəhbəri 28 yaşlı konqolu forvardı Ağdam klubuna verdiklərini açıqlayıb: "Papiss Cisse ilə maraqlanırıq. Delarjı “Qarabağ”a verdik. Yasin Öztekinin meneceri ilə görüşdük, imza atılmadan transferi bitmiş hesab etməməliyik”.

Türkiyə mətbuatında yer alan xəbərlərdə “Qarabağ”ın “Bursaspor”a 200 min avro transfer haqqı ödədiyi bildirlir. Onun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.

Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Təcrübəli oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirə bilib. 

Azərbaycan çempion hələlik transferi rəmsi şəkildə açıqlamayıb.

Qeyd edək ki, Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. O, "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan 1,25 milyon avroya transfer olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi