Burak Yılmaz karyerasını “Trabzonspor” klubunda davam etdirəcək

Burak Yılmaz karyerasını “Trabzonspor” klubunda davam etdirəcək 32 yaşlı hücumçu Trabzon təmsilçisi ilə razılıq əldə edib
Futbol
2 Avqust , 2017 15:43
Burak Yılmaz karyerasını “Trabzonspor” klubunda davam etdirəcək

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyə yığmasının futbolçusu Burak Yılmaz karyerasını vətənində davam etdirəcək. 

“Report”un məlumatına görə, Çinin "Beijinq Quoan" klubu ilə yollarını ayıran 32 yaşlı hücumçu “Trabzonspor” ilə razılıq əldə edib.

Trabzon təmsilçisinin rəsmi saytında yer alan açıqlamada B.Yılmazla danışıqlara başlandığı bildirilir.

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray”, “Manisaspor”, “Antalyaspor” və “Eskişehirspor”da çıxış edib. O, 2010-2012-ci illərdə də “Trabzonspor”un formasını geyinib və iştirak etdiyi 75 oyunda 55 qol vurub. 

Son xəbərlər

Orphus sistemi