​Bundesliqa: "Bavariya" məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb

​Bundesliqa: "Bavariya" məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb Münhen klubu keçirdiyi oyunların 9-da qələbə qazanıb
Futbol
22 Noyabr , 2014 21:27
​Bundesliqa: Bavariya məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb
Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Almaniya bundesliqasında 12-ci turun oyunları keçirilib.

"Report" xəbər verir ki, bu turda Münhenin "Bavariya" klubu öz meydanında "Hoffenhaym"ı 4:0 hesabı ilə darmadağın edərək məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb.

Matçda Mario Götse (23-cü dəqiqə), Robert Levandovski (40), Aryen Robben (83) və Sebastyan Rode (87) fərqləniblər.

"Bavariya" keçirdiyi 12 oyunun doqquzunda qələbə qazansa da, üç oyunda heç-heçə ilə barışıb.

Bundesliqanın digər qarşılaşmalarının nəticələri:

Borussia Münhenqladbax 1 - 3 Ayntraxt Frankfurt

Hannover 96 1 - 3 Bayer Leverkuzen

Mainz 05 2 - 2 Freiburq

Paderborn 2 - 2 Borussia Dortmund

Schalke 04 3 - 2 Volfsburq

Son xəbərlər

Orphus sistemi