"Report" xəbər verir ki, bu turda Münhenin "Bavariya" klubu öz meydanında "Hoffenhaym"ı 4:0 hesabı ilə darmadağın edərək məğlubiyyətsizlik seriyasını 12 oyuna çatdırıb.
Matçda Mario Götse (23-cü dəqiqə), Robert Levandovski (40), Aryen Robben (83) və Sebastyan Rode (87) fərqləniblər.
"Bavariya" keçirdiyi 12 oyunun doqquzunda qələbə qazansa da, üç oyunda heç-heçə ilə barışıb.
Bundesliqanın digər qarşılaşmalarının nəticələri:
Borussia Münhenqladbax 1 - 3 Ayntraxt Frankfurt
Hannover 96 1 - 3 Bayer Leverkuzen
Mainz 05 2 - 2 Freiburq
Paderborn 2 - 2 Borussia Dortmund
Schalke 04 3 - 2 Volfsburq