Bu gün UEFA Millətlər Liqasında daha 8 oyun keçiriləcək

Bu gün UEFA Millətlər Liqasında daha 8 oyun keçiriləcək Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçiriləcək.
Futbol
10 Sentyabr , 2018 06:57
Bu gün UEFA Millətlər Liqasında daha 8 oyun keçiriləcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçiriləcək.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada 8 qarşılaşma oynanılacaq.

A Liqasında 3-ci qrupun görüşündə Portuqaliya İtaliyanı qəbul edəcək. İlk turda pireneylilər istirahət edibsə, İtaliya evdə Polşa ilə heç-heçə edib - 1:1.

B Liqasında da bir oyun olacaq. 2-ci qrupda İsveç Türkiyəni qəbul edəcək. Millətlər Liqasında debüt edəcək skandinaviyalılarla müqayisədə "ay-ulduzlular" ilk turda evdə Rusiyaya uduzub - 1:2.

C Liqasında iki qrupda 3 oyun olacaq. 1-ci qrupda Şotlandiya Albaniyanı qəbul edəcək. Britaniyalılar ilk görüşünü keçirəcəksə, balkanlılar ikinci matçına çıxacaq. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin də yer aldığı komanda ilk turda İsrailə 1 qolla qalib gəlib.

4-cü qrupda Serbiya Rumıniyanı, Monteneqro Litvanı qəbul edəcək. İlk turda Serbiya səfərdə Litvaya minimal hesabla qalib gəlib, Rumıniya - Monteneqro görüşündə isə hesab açılmayıb.

Nəhayət, D Liqasında 3 oyun gerçəkləşəcək. 1-ci qrupda Andorra Qazaxıstanı qəbul edəcək. İlk turda Andorra səfərdə Latviya ilə heç-heçəyə nail olub - 0:0. Qazaxıstan isə evdə Gürcüstana uduzub - 0:2.

3-cü qrupda Azərbaycan millisi Maltanın, Farer adaları yığması Kosovonun qonağı olacaq. İlk turda Azərbaycan evdə Kosovonu yenə bilməyib - 0:0. Malta isə səfərdə Farer adaları yığmasına uduzub - 1:3.

UEFA Millətlər Liqası, II tur

A Liqası

3-cü qrup

Portuqaliya - İtaliya

B Liqası

2-ci qrup

İsveç - Türkiyə

C Liqası

1-ci qrup

Şotlandiya - Albaniya

4-cü qrup

Serbiya - Rumıniya

Monteneqro - Litva

D Liqası

1-ci qrup

Andorra - Qazaxıstan

3-cü qrup

Malta - Azərbaycan

Kosovo - Farer adaları

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi