Yuxarı

​Bu gün "Qızıl top"un sahibi müəyyənləşəcək

İsveçrənin Sürix şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün "Qızıl Top" (Ballon d’Or) mükafatının sahibi müəyyənləşəcək. "Report"un məlumatına görə, mükafat uğrunda Kriştianu Ronaldu ("Real Madrid", Portuqaliya), Lionel Messi ("Barselona", Argentina) və Manuel Noyer ("Bavariya, Almaniya) mübarizə aparır.

İsveçrənin Sürix şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Buna qədər Ronaldu 2 (2008, 2013), Messi 4 dəfə (2009, 2010, 2011, 2012) "Qızıl Top"a sahib çıxıb. 28 yaşlı əlcək sahibinə isə bu mükafat hələ nəsib olmayıb.

Digər mükafatlara gəldikdə, ən yaxşı qadın futbolçu adına almaniyalı Nadin Kessler, braziliyalı Marta və ABŞ yığmasından Embi Uombax namizəddir. 

Ən yaxşı kişi baş məşqçi üçün mükafata Karlo Ançelotti ("Real Madrid"), Yoahim Löv (Almaniya) və Dieqo Simeone ("Atletiko Madrid") iddialıdır. Almaniyalı Ralf Kellermann ("Volfsburq", Almaniya), Maren Maynert (Almaniya gənclər yığması) və ya Norio Sasaki (Yaponiya millisi) qadınlardan ibarət komandaların baş məşqçiləri arasında ən yaxşısı seçiləcək. 

Ən yaxşı qol üçün nəzərdə tutulan Ferents Puşkaş, eləcə də "Fair Play" mükafatı da gecədə təqdim olunacaq. 

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi