Bu gün "Qarabağ" klubu Avropa Liqasında növbəti oyununu keçirəcək

Bu gün "Qarabağ" klubu Avropa Liqasında növbəti oyununu keçirəcək "Sent-Etyen"lə görüşdə Azərbaycan komandasının 3 futbolçusu oynamayacaq
Futbol
27 Noyabr , 2014 14:14
Bu gün Qarabağ klubu Avropa Liqasında növbəti oyununu keçirəcək
Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində V turun oyununa çıxacaq. "Report"un məlumatına görə, Ağdam komandası Fransanın "Sent-Etyen" komandasının qonağı olacaq. 

"Joffroy Gişar" stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 28 noyabr saat 00:05-də) başlanacaq. Oyunu Kristin Yakobssonun başçılığı altında islandiyalı hakimlər briqadası idarə edəcək. Hər iki komanda matça itkilərlə çıxacaq. "Qarabağ"ın heyətində Çumbinyo, Danilo Dias və Reynaldo forma geyinməyəcək. "Sent-Etyen" isə Allan-Sent-Maksimin və Mevlüt Erdinç oynamayacaq. 

Qeyd edəki, Avroliqada F qrupunda yer alan "Sent-Etyen" və "Qarabağ"ın hərəyə 4 xalı var. Fransa təmsilçisi ilk 4 turda yalnız heç-heçə edibsə, "Qarabağ" matçlardan 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Bu iki komanda Ukrayna "Dnepr"i ilə birgə qrupda 2 - 4-cü yerləri bölüşdürür. Turnir cədvəlinə isə 8 xalı olan İtaliya "İnter"i başçılıq edir. "İnter" bu gecə eyni saatda "Dnepr"i qəbul edəcək. Qrupda son turun oyunları dekabrın 11-də olacaq. Həmin gün "Qarabağ" "İnter"i, "Dnepr" "Sent-Etyen"i qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi