"Joffroy Gişar" stadionunda keçiriləcək qarşılaşma yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 28 noyabr saat 00:05-də) başlanacaq. Oyunu Kristin Yakobssonun başçılığı altında islandiyalı hakimlər briqadası idarə edəcək. Hər iki komanda matça itkilərlə çıxacaq. "Qarabağ"ın heyətində Çumbinyo, Danilo Dias və Reynaldo forma geyinməyəcək. "Sent-Etyen" isə Allan-Sent-Maksimin və Mevlüt Erdinç oynamayacaq.
Qeyd edəki, Avroliqada F qrupunda yer alan "Sent-Etyen" və "Qarabağ"ın hərəyə 4 xalı var. Fransa təmsilçisi ilk 4 turda yalnız heç-heçə edibsə, "Qarabağ" matçlardan 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Bu iki komanda Ukrayna "Dnepr"i ilə birgə qrupda 2 - 4-cü yerləri bölüşdürür. Turnir cədvəlinə isə 8 xalı olan İtaliya "İnter"i başçılıq edir. "İnter" bu gecə eyni saatda "Dnepr"i qəbul edəcək. Qrupda son turun oyunları dekabrın 11-də olacaq. Həmin gün "Qarabağ" "İnter"i, "Dnepr" "Sent-Etyen"i qəbul edəcək.