Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək

Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək Bakı. 10 iyul. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında bu gün ilk finalçı müəyyənləşəcək.
Futbol
10 İyul , 2018 07:39
Bu gün futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək

Bakı. 10 iyul. REPORT.AZ/ Futbol üzrə dünya çempionatında bu gün ilk finalçı müəyyənləşəcək.

"Report"un məlumatına görə, ilk yarımfinal matçında Fransa və Belçika yığmaları üz-üzə gələcəklər.

Fransa 1/4 finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxta qədər dünya çempionatlarında 2 dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının 1/8 finalında Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb.

Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1986-cı ildə bu mərhələdə iştirak edib. Avropa təmsilçisi həmin mundialın qalibi olan Argentinaya 0:2 hesabı ilə uduzub.

1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958, 1982 və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998 və 2006-cı ildə finala vəsiqə qaza bilib.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

Son xəbərlər

Orphus sistemi