Yuxarı
    Bağlamaq

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər

    Bunun üçün Qəbələ - İnter qarşılaşmasında münasib hesab qeydə alınmalıdır© Courtesy İmage

    Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının gümüş və bürünc mükafatçıları müəyyənləşə bilər.

    “Report”un məlumatına görə, bunun üçün XXVII turun son qarşılaşması olan "Qəbələ" - "İnter" görüşündə münasib hesab qeydə alınmalıdır.

    Qəbələdə keçiriləcək matçda meydan sahibləri 1:3-dən başlayaraq, 2 top fərqi ilə uduzmasa, gümüş, qonaqlara isə bürünc medalları təmin etmiş olacaq və oyunun yekununda mükafatlandırma mərasimi baş tutacaq.

    Qeyd edək ki, XXVII turun ilk oyun günündə "Qarabağ"la "Qəbələ" müvafiq olaraq, "Sumqayıt" və AZAL-ı 2:1 hesabı ilə məğlub ediblər. "Zirə" - "Neftçi" görüşündə isə heç-heçə qeydə alınsa da (2:2), qonaqlar legioner limitini pozduqları üçün texniki məğlubiyyətlə üzləşəcəklər. Bununla bağlı aprelin 25-də AFFA-nın İntizam Komitəsi qərar çıxaracaq.

    24 aprel (bazar ertəsi)

    14:30. “Qəbələ” – “İnter”

    Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov

    AFFA nümayəndəsi: Eldar Qasımov

    Hakim-inspektor: Şahin Cəfərov

    Qəbələ şəhər stadionu

    İlk üç dövrə - 0:0, 1:1, 2:0

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi