Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək Bakı "İnter"i "Qəbələ"ni qəbul edəcək
Futbol
12 Avqust , 2017 07:10
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək

Bakı. 12 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, Bakı "İnter"i "Qəbələ"ni qəbul edəcək.

"İnter Arena"da təşkil olunacaq qarşılaşmanı FİFA referisi Ömər Paşayev idarə edəcək.

Hər iki komanda ötən mövsümü mükafatçılar sırasında başa vurub. Lakin həm gümüş medalçı "Qəbələ", həm də bürünc medal sahibi "İnter" Avropa Liqasında cəmi bir rəqibi üstələməyi bacarıb. "Qırmızı-qaralar" mövsümlərarası fasilə müddətində xeyli yeni oyunçu transfer edə bilibsə, paytaxt təmsilçisi FİFA-nın məlum transfer qadağası üzündən mövcud heyətini qorumağa çalışıb.

Qeyd edək ki, çempionata avqustun 11-də "Neftçi" - "Qarabağ" matçı ilə start verilib. Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 3:1.

Azərbaycan Premyer Liqası, I tur

12 avqust (şənbə)

20:00. “İnter” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Asim Xudiyev

Bakı, “İnter Arena”

Son xəbərlər

Orphus sistemi