Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq Eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda bir-birinə rəqib ola bilməz
Futbol
17 Dekabr , 2018 10:04
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasimdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük formalaşdırılacaq. Qrup qalibləri bir, qrup ikinciləri isə digər səbətdə yer alacaq. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qrup qalibləri: "Borussiya" (Dortmund, Almaniya), "Barselona" (İspaniya), PSJ (Fransa), "Portu" (Portuqaliya), "Bavariya" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya)

Qrup ikinciləri: "Atletiko" (İspaniya), "Tottenhem" (İngiltərə), "Liverpul" (İngiltərə), "Şalke" (Almaniya), "Ayaks" (Hollandiya), "Lion" (Fransa), "Roma" (İtaliya), "Mançester Yunayted" (İngiltərə)

Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi